Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Qədim Füzulinin yeni günləri başlayıb

0

  •        27 sentyabr 2020-ci ildə
    başlanan 44 günlük müharibə zamanı ermənilər Azərbaycana qarşı hərbi əməliyyatları
    dayanmadan davam etdirirdilər. Bunun nəticəsində, həmin gün saat 06:00 radələrində
    Ermənistan Silahlı Qüvvələri tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam
    rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alaxanlı, Şükürbəyli,
    Horadiz, Əhmədalılar, Qazaxlar və Mirzənağılı kəndi və Cəbrayıl rayonunun Cocuq
    Mərcanlı kəndi  iriçaplı silahlar,
    minaatanlar və müxtəlif çaplı artilleriya qurğuları vasitəsilə intensiv atəşə
    tutulmuşdur. Nəticədə, çoxlu sayda azərbaycanlı yaralanmış, həlak olanlar olmuş
    və mülki infrastruktur obyektlərinə ciddi ziyan dəymişdir.

    Ermənilərin hücumlarının
    qarşısını almaq üçün əks-hücum əməliyyatı həyata keçirilmişdir. Həmin gün Azərbaycan
    Silahlı Qüvvələrinə aid şəxsi heyət və tank bölmələrinin raket-artilleriya
    qoşunlarının bölmələri, cəbhə aviasiyası və pilotsuz uçuş aparatlarının dəstəyi
    ilə Dağlıq Qarabağ ətrafı təmas xəttinin, əsasən, şimal, şimal-şərq və cənub-şərq
    istiqamətində Ermənistan Silahlı Qüvvələrinin ön xətdə və müdafiənin dərinliyində
    yerləşən xeyli sayda canlı qüvvəsi, hərbi obyektləri və döyüş texnikası aşkar
    edilərək məhv edilmişdir. Aparılmış hərbi əməliyyatlar zamanı  Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd,
    Horadiz, Yuxarı Əbdürrəhmanlı, Aşağı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Böyük Mərcanlı
    və Nüzgar kəndləri işğaldan azad edilmişdir.

    3 oktyabr tarixində yenidən hərbi
    əməliyyat həyata keçirilir. Bu əməliyyat nəticəsində cəbhənin cənub-şərq cəbhəsində
    Cəbrayılın Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri,
    Füzulinin isə Aşağı Əbdürrəhmanlı kəndi tamamilə işğaldan azad edilir. Bununla
    belə, əməliyyatların keçirildiyi ərazilər Azərbaycan ordusunun irəliləməsi ilə
    yüksək dağlıq ərazilərə keçməsi və düşmənin Füzulinin təmas xəttində bir neçə
    müdafiə xətti qurması Füzuli şəhərinin azad edilməsini yubadırdı. Bütün bunları
    nəzərə alaraq, əməliyyatların istiqaməti dəyişdirilir. 9 oktyabrda Azərbaycan
    ordusu Xocavənd rayonunun Sor kəndi və Hadrut qəsəbəsini, Cəbrayıl rayonunun
    Qışlaq, Qaracallı, Əfəndilər, Süleymanlı, Füzuli rayonunun Yuxarı Güzlək,
    Gorazıllı kəndlərini işğaldan tam azad edir. Düşmən ordusu 10 oktyabr tarixində
    Hadrut istiqamətindəki Tuğ kəndindən və Cəbrayıl istiqamətindəki Arakul və
    Banazur kəndlərindən hücuma keçməyə çalışır. Ancaq Azərbaycan silahlı bölmələrinin
    gördüyü tədbirlər nəticəsində düşmən tərəfi 
    çoxlu canlı qüvvə və hərbi texnika itirərək geri çəkilir. 14 oktyabrda
    Azərbaycan ordusu irəli gedərək Füzuli rayonunun Qaradağlı, Xatınbulaq,
    Qarakollu və Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Qırmızıqaya, Dağdöşü,
    Tağaser kəndlərini işğaldan azad edir. Növbəti gün ordu irəliləməni davam etdirərək
    üç rayon ərazisindən Füzuli şəhərinin şərq istiqamətdə bir neçə kəndi azad
    edir. Şəhər uğrunda gedən döyüşlərin son fazasından öncə 16 oktyabr tarixində
    Azərbaycan Silahlı Qüvvələri tərəfindən Xocavənd rayonunun Ağbulaq, Axullu və
    Xırmancıq kəndlərini işğaldan azad olunur. Şəhərin azad edilməsindən əvvəl
    artıq şəhər bir necə istiqamətdə Azərbaycan ordusu tərəfindən mühasirəyə
    alınır. Nəhayət, 16 oktyabrdan 17-nə keçən gecə şəhər uğrunda şiddətli döyüş
    başlayır. Düşmən xeyli canlı qüvvə və texnika itirərək  ərazini tərk etmək məcburiyyətində qalır.
    Bütün bunların nəticəsi olaraq,  Füzuli
    rayonunun Qoçəhmədli, Çimən, Musabəyli, Pirəhmədli, Dədəli, İşıqlı, Cuvarlı kəndləri
    və Füzuli şəhəri işğaldan tam azad olunur. Eyni zamanda,  Ermənistan ordusunun mühəndis-istehkam rəisi,
    polkovnik Aşot Qazaryan məhv edilir.

    Füzuli şəhərinin işğaldan azad
    olunması Azərbaycan ordusunun gücünü bir daha sübut etdi. Bununla da, digər ərazilərin
    yenidən Azərbaycan ərazisinə qatılmasına şərait yaradılmış oldu. 

    Füzulinin işğal olunması ilə
    dünya növbəti erməni vandalizminin klassik nümunəsinin şahidi olmuşdu. Bu gün
    Füzulidən yayılan videokadrlardan da görünür ki, 27 il ərzində düşmən daşı daş
    üstündə qoymayıb... Füzulidə Əcəmi memarlıq məktəbinin təsiri ilə inşa olunan
    bir sıra memarlıq abidələri var idi. Çox təəssüf ki, tarixi əhəmiyyət daşıyan
    bu abidələrimiz ermənilərin vəhşi vandalizminə məruz qalıb, məhv edilib,
    yandırılıb. İşğalçı ermənilər bununla Azərbaycana dair tarixi hər vasitə ilə
    saxtalaşdırmağa, yaddaşlardan silməyə çalışıblar. Zəbt edilmiş torpaqlarımızın
    hər daşının külə döndərilməsi, viran edilməsi erməni vandalizminin daha bir
    sübutudur.

    İşğal edilən Füzulinin 51 kəndi
    və rayon mərkəzi ermənilər tərəfindən viran qoyulmuşdu, 55 min nəfərə yaxın
    sakin doğma yurdundan didərgin düşmüşdü.

    İndi bütün keçmiş məcburi
    köçkünlər kimi füzulilər də Böyük Qayıdışın sevincini yaşayır. Füzulilər əmindirlər
    ki, tez bir zamanda viran edilmiş yurd yerləri yenidən qurulacaq və gündən-günə
    inkişaf edən, çiçəklənən ölkəmizin bir parçası olan Füzuli gözəl şəhərlər
    sırasında yer alacaqdır.

    Novruz Tağıyev,

    Xocalı rayon sakini

     
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi2 il öncə
    İzlənib48 dəfə
    Qədim Füzulinin yeni günləri başlayıb

    Maraqlı gələ bilər
    71
    45